Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Gürcüstandan Azərbaycana xeyli sayda - pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Volkswagen Golf" markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub.

Yenixeber.org:  Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin avtomobilə "Buran" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində və yanacaq çəninin içərisində üzərində "Mega Black Devil" yazısı olan 600 ədəd və üzərində "Magic shots-405" yazısı olan 160 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam