Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bayılda torpaq sürüşməsi baş verib

 

"Xeberinfo.com":  Məlumata görə, hadisə Bayıl qəsəbəsi, Buxta küçəsi 212 ünvanında baş verib. Xəsarət alan olmasa da, ərazidəki binaya ciddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, həmin bina neft şirkətinə aiddir. “Əvvəllər orada idarə olub. İndi isə həmin binada 6 qaçqın ailəsi yaşayır”.

Sakinlərin sözlərinə görə, həmin ərazidə keçən il də sürüşmə olub. “O zaman da binaya ciddi ziyan dəymişdi. Aidiyyatı orqanlardan gəlib baxdılar. Heç nə etmədilər ki, guya həmin ailələri köçürəcəklər. İndi də yağışlar başlayıb. Burada yaşamaq artıq çox təhlükəlidir”, - deyə sakinlər əlavə ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, nazirliyin əməkdaşları hadisə yerindədirlər. 

“Hadisə araşdırılmalıdır; sürüşmə və ya uçqun olduğu dəqiqləşdirilməlidir. Çünki həmin ərazidə binalar sıx-sıx tikildiyindən indiyədək bir neçə dəfə uçqun baş verib”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam