Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiyaya gedənlərə bəd xəbər

 

Miqrantların əmək fəaliyyətini tənzimləyən qanuna edilən dəyişikliklər qüvvəyə minib

Əcnəbi vətəndaşlar Rusiyada qalma qaydasını pozsalar, 10 il ərzində bu ölkəyə daxil ola bilməyəcəklər.

"Xeberinfo.com":  Məlumata görə, Rusiya Federasiyası miqrasiya qanunvericiliyində edilmiş və yanvarın 10-dan qüvvəyə minən dəyişikliklər bunu nəzərdə tutur. Edilən dəyişikliyə görə, Rusiya ərazisində qalmaq üçün təyin olunan 180 gün müddətini pozan xarici vətəndaşa 5 il ölkəyə giriş yasaqlanacaq. İcazə müddətini 180 gündən çox pozan şəxs isə 10 il müddətinə deportasiya olunacaq.

Yanvarin 1-dən Rusiyada miqrantların əmək fəaliyyətini tənzimləyən qanuna edilən dəyişikliklər də qüvvəyə minib. Qanuna görə, xarici vətəndaş Rusiyada işləmək üçün əmək patenti almalıdır. İşləmək məqsədilə gələn əcnəbi Rusiya ərazisinə daxil olarkən, ölkəyə gəlişinin məqsədini göstərməlidir. Bundan sonra isə o, bir ay müddətində əmək patentini əldə edə bilər.

Xarici vətəndaş rus dili və tarixindən də imtahan verməlidir. Bu qanunun qüvvəyə minməsindən sonra Rusiya gələn miqrantların sayında azalma baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam