Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ölkəmiz daha 26 ölkə ilə hərbi saziş imzalayacaq

 

Azərbaycan hazırda 26 ölkə ilə hərbi saziş və memorandumların imzalanmasına dair müzakirələr aparır.

"Xeberinfo.com":  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərə görə, Nazirliyin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı ildən-ilə inkişaf edir və genişlənir.

Azərbaycan Respublikası dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hazırda daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir.

Hazırda Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, İsrail, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Qətər, Belçika, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Serbiya, Xorvatiya, İsveçrə, Koreya Respublikası və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir.

Bundan əlavə, Bakıda yerləşən xarici ölkələrin səfirlikləri və hərbi attaşelik aparatları, həmçinin bir sıra beynəlxalq təşkilatlarla hərbi məsələlərlə bağlı əlaqələr genişləndirilərək davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam