Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Sürücü yol polisini döydü

 

Gəncədə yol polisi əməkdaşına qarşı zorakılıq edilib.

"Xeberinfo.com":  APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti inspektoru Amil Hüseynov Kəpəz rayon Polis İdarəsinə raportla müraciət edərək bildirib ki, şəhərin N. Nərimanov küçəsində xidmətdə olarkən sürücüsü sərxoşluqda şübhəli bilinib, “Mercedes” markalı avtomobil saxlanılıb. Sərxoşluğu yoxlamaq məqsədi ilə avtomobilin sürücüsü Təyyar İmanova müayinədən keçmə təklif olunub.

Əvvəlcə müayinə olunmağa etiraz edən sürücü daha sonra razılıq verib. Avtomobili cərimə meydançasına aparan zaman maşında olan sərnişin Rahib Tarverdiyev Yol Patrul Xidmətinin inspektoru Qara Abbasova nalayiq sözlər deyərək ona əl, ayaq zərbələri vuraraq xəsarət yetirib. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam