Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Park Cinema"dan 20 Yanvar şəhidlərin ruhuna hörmətsizlik

 

Azərbaycanda ümummilli hüzün günü qeyd olunarkən Park Cinema tamaşaçılara komediya təqdim edib.

 

"Xeberinfo.com":  Məlumata görə, kinoteatrda dünən 10.20-dən 23.20-yə qədər "Xoxan" komediyasının müxtəlif zallarda komediyanın nümayişi olub.

 

"Park Cinema"nın bu məsuliyyətsizliyi millət vəkili Fuad Muradovu da hiddətləndirib.

 

 O, sosial şəbəkədə bu haqda yazıb: ”Dünən, xalqımızım ümummilli hüzn günündə “Park Cinema”da kinokomediya nümayiş etdirilib. Hər birimiz xalqımızın sevincini də, kədərini də yaşamağı bacarmalıyıq. Sözdə deyil, işdə bunu göstərməliyik. Onu da unutmamalıyıq ki, atdığımız hər bir addımı gənclər izləyir, gənclər görür.

 

Yəni gənclərin tərbiyə olunmasında, formalaşmasında hər kəsin rolu var. Gənclərə örnək olmaq üçün nümunəvi addımlar atmalıyıq. Mən bu hüzn günü xalqımızın dərdinə şərik çıxmayanları qınayıram. Belələri öz səhvlərini anlamalıdırlar. Bu, düzələn səhvlərdir. Səhv edənlər özlərini düzəltməlidirlər”.

Azxeber.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam