Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda - 8 evdən oğurluq edilib

Bakıda 8 evdən oğurluq edilib
Binəqədi Rayon Polis İdarəsinin 6-cı və Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsindəki evlərin birindən 5 min manat və 2300 ABŞ dolları, habelə 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Orucov saxlanılıb.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları rayondakı bir avtomobildən 6 min manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Bayramovu yaxalayıblar.

Oğurluq etdiyinə görə tutulan A.Əliyevin ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayondakı altı evdən pul, qızıl və məişət əşyaları oğurladığı müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam