Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Azadlıq”ın müxbiri “arzuolunmaz şəxs”-lər siyahısında

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Azadlıq” radiosunun əməkdaşı Marqot Buffu “arzuolunmaz şəxslər” siyahısına salıb.

"Xeberinfo.com":  Məlumata görə, bunu bu gün “Trend”-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, M.Buff Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı siyahıya daxil edilib.

Qeyd edək ki, daha əvvəl “azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş xəbərdə “Azadlıq” radiosununnun əməkdaşı kimi təqdim olunan Marqot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada fotoçəkilişlər aparması barədə xəbər verilirdi.

XİN daha əvvəl məsələ ilə bağlı yaydığı açıqlamada bildirmişdi ki, Azərbaycanın rəsmi icazəsi olmadan “Azadlıq” radiosunun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycanın “Dövlət sərhədi haqqında” qanununun pozulmasıdır:

“Azadlıq” radiosunun bu cür qərəzli davranışı eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam