Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

BDU-nun 78 yaşlı müəllimi -avtobusdan yıxılaraq ağır xəsarət alıb

Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının müəllimi, fəlsəfə elmləri namizədi, 78 yaşlı Fazil Vahidov avtobusdan yıxılaraq ağır xəsarət alıb.

Yenixeber.org: Hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, F.Vahidov 39 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək istəyən zaman sürücü qəfildən avtobusu idarə etməyə başlayıb. Bu zaman F.Vahidov yıxılaraq ağır xəsarətlər alıb. O, özəl xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub.

Qeyd edək ki, F.Vahidov 1941-ci ildə anadan olub. 1970-ci ildən BDU-da çalışır. O, fəlsəfə elmləri namizədi və 1974-cü ildən BDU-nun dosentidir. F.Vahidov 1992-2006-cı illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülüb.

Prezident İlham Əliyevin 2019-cu ilin noyabrın 25-də imzaladığı sərəncamla F.Vahidov 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam