Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ölkədə əmək qabiliyyətli yaşda ölən insanların sayı artır

 

"Xeberinfo.com":  Dövlət Statistika Komitəsindən "Trend"-ə verilən məlumata görə, 2010-cu ildə ölkədə əmək qabiliyyətli yaşda ölən insanların sayı 15038, 2011-ci ildə 16027, 2012-ci ildə 16128, 2013-cü ildə 16277 nəfər (2014-cü ilin statistikasi hələ açıqlanmayıb) olub. 1995-ci ildə kişilər üçün əmək qabiliyyətli yaş kişilər üçün 16-59, qadınlar üçün 16-54, 2013-cü ildə isə kişilər üçün 15-62, qadınlar üçün 15-58 olub.

Əmək qabiliyyətli yaşda ölən insanların ölümünə daha çox qan dövranı sistemi xəstəlikləri olub. Bu səbəbdən ölüm halları ölkədə 1995-ci ildən başlayaraq artıb.

1995-ci ildə qan dövranı sistemi xəstəliklərindən 4520 nəfər ölmüşdüsə, 2010-cu ildə bu rəqəm artaraq 6305, 2011-ci ildə 7051, 2012-ci ildə 7519, 2013-cü ildə 7689 olub.

Əmək qabiliyyətli yaşlı insanların ölümünə daha çox səbəb olan ikinci xəstəlik yenitörəmələr hesab edilir. 2012-ci ildə 2575, 2013-cü ildə 2969 nəfər əmək qabiliyyətli insan yenitörəmələr nəticəsində dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam