Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan-İran sərhədində - insident olub

Azərbaycan-İran sərhədində insident olub
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.
Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusuna qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucusu əlindəki bağlamanı əraziyə ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıb.

Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, nəticədə 1 ədəd qara rəngli torba içərisində ümumi çəkisi 4 kq 618 qr “marixuana” narkotik vasitə aşkar olunaraq götürül­üb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam