Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Dünya yenidən bölüşdürülür"

 

“Cənubu Qafqazda rəqabət almanlarla ruslar arasında gedir”.  

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.   O, hazırda dünyada Rusiya ilə əlaqədar ciddi tədbirlərin görüldüyünü bildirib:   “Hazırda vəziyyət XX əsrin əvvəllərindəki kimi deyil. Doğrudur, həmin vədə Almaniyaya Cənubu Qafqazın mandatlığı verilmişdi, amma situasiya tez-tez dəyişirdi. O vaxt ingilislərlə güclü rəqabət vardı. İndi həmin proses ruslarla almanların arasına gedir. Ruslar özləri də deyirlər ki, Cənubi Qafqaz onların yumşaq qarınaltılarıdır. Ona görə də onlar Azərbaycanda, ümumilikdə regionda heç bir ölkənin marağını qəbul etmirlər. Artıq vəziyyət dəyişir. Rusiya ilə əlaqədar ciddi tədbirlər görülür. Yəqin ki, yaxın müddətdə dünyada təsir dairələrinin bölüşdürülməsi ilə bağlı yeni geosiyasi gerçəklik yaranacaq. Məncə, həmin gerçəklikdə Almaniyanın səsi Rusiyadan daha çox səslənəcək. Çox güman ki, Azərbaycan prezidenti də dünyadakı geosiyasi dəyişiklikləri proqnozlaşdıraraq, baş verə biləcək situasiyalarda mövqeyimizi düzgün ifadə etmək üçün Almaniyaya səfər etmişdi. Bunu müstəmləkəçilik və ya neokolonializm kimi anlamayın. Almaniya sadəcə burada özünün iqtisadi maraqlarını təmin edə bilər. Amma hazırda bunun üçün Azərbaycan və Gürcüstanın bu işə razılıq verməsi tələb olunur”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam