Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycanda müəllimin döydüyü məktəbli özünü asıb

 

Bir neçə gün əvvəl Gədəbəy rayonunda 11 yaşlı oğlanın intihar etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

"Xeberinfo.com":   lent.az-a istinadən xəbərə görə, Arabaçı kəndində özünü asaraq intihar edən 2004-cü il təvəllüdlü Abbasov Şahin Gülzalı oğlunun orta məktəbdə müəllim tərəfindən döyüldüyü bildirilir. 

 

İddia edilir ki, 5-ci sinifdə oxuyan Ş.Abbasov məktəbdə şagirdlərin gözü qarşısında müəllim tərəfindən kobud rəftarla üzləşib. O, daha sonra özünü asaraq intihar edib.

Özünü öldürmə faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Ş.Abbasovun valideynləri və digər yaxınları ilə yanaşı, müəllimləri və sinif yoldaşları da istintaqa ifadə verib. İstintaq sirri olduğundan onların ifadəsi açıqlanmır.

Özünü öldürən məktəblinin meyitinin ekspertizasından əldə edilən nəticələr yaxın günlərdə hazır olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam