Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sumqayıt sakinlərindən - narkotik vasitə götürülüb

 

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə,  RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel”  markalı avtomobil saxlanılan zaman sürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli  hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər Polis Şöbəsinə gətiriliblər. Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub. Şəxsi axtarış zamanı F.Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana, Z.Əlizadədən siqaret qutusunda  psixotrop maddə-metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb. Ş.Səfərova məxsus “Opel” markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam