Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan Şanxay blokuna ərizə verib

 

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status almaq üçün müraciət edib.

"Xeberinfo.com":  Məlumata görə, bu haqda Rusiyanın Çindəki səfiri Andrey Denisov bildirib. Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatına yeni üzvlərin qəbulu gözlənilir.
Səfir Hindistan, Pakistan və İranın təşkilata üzvlüyünə dair prosesin artıq bu il başlaya biləcəyini deyib: “Lakin bunun üçün siyasi qərarların qəbulu lazımdır”.
Denisovun sözlərinə görə, Suriya, Belarus, Ermənistan, Azərbaycan və Banqladeş təşkilatda müşahidəçi status almaq üçün ərizə veriblər.
Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ildən mövcud olan “Şanxay beşliyi”nin əsasında 2001-ci ildə yaradılıb. Əsas vəzifəsi iştirakçı ölkələrdə stabillik və təhlükəsizliyin təmin olunması, terrorçuluqla, separatçılıqla, narkotrafiklə mübarizə, iqtisadi əməkdaşlıq və digər məsələlərdir. Hazırda təşkilata Rusiya,Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam