Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

ABŞ Cənub Qaz Dəhlizini Avropa üçün önəmli sayır

 

”ABŞ-la Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edir. Enerji təhlükəsizliyinin qorunması bu sahələrdən biridir”.

"Xeberinfo.com":   APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hoxstayn deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Azərbaycan və Avropanın enerji təhlükəsizliyini gücləndirəcək önəmli layihədir: “Səfərim çərçivəsində bununla bağlı müzakirələr aparmışıq. Son vaxtlar baş verən olaylar onu göstərir ki, Avropada enerji təhlükəsizliyinin qorunması və bu işə təkan verilməsi əhəmiyyətli məsələyə çevrilib. Bir sıra Avropa ölkələri üçün enerji təhlükəsizliyi bəzən iqtisadi və ya milli təhlükəsizlik deməkdir”.
Amerikalı diplomat həmçinin təchizat diversifikasiyasının önəmini qeyd edib: “Yeni boru xətlərinin, marşrutların açılması ilə digər məqam gündəmə gəlir. Bu məqam Azərbaycan qazının Avropa dövlətlərinə göndərilməsidir. Yəni təchizat baxımından da şaxələndirmə olmalıdır. Biz Azərbaycanın bu sahədə layihə, təşəbbüs və yanaşmalarına müsbət yanaşırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam