Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Gərginlik və münaqişə ətrafındakı ritorika ABŞ-ı narahat edir”

 

“ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən formada güc tətbiqini pisləyir”.
"Xeberinfo.com":  APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ermənistandakı yeni səfiri Riçard Millz deyib. O bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini tam dəstəkləyir: “Heç bir həll yolu zorakılıq və müharibəyə əsaslana bilməz, gərginlik və münaqişə ətrafındakı ritorika bizi dərin narahat edir. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunu dəstəkləyir və onun münaqişənin nizamlanmasındakı fəaliyyətini optimal hesab edir”.
Bununla yanaşı, R. Millz qeyd edib ki, Minsk Qrupu vasitəçidir və tərəflərdən birinə nəyisə təlqin edə bilməz: “ABŞ və Minsk Qrupu öhdəliklərin pozulmasına dəlalət edən istənilən zorakılıq halını pisləyir. ABŞ Ermənistanla da, Azərbaycanla da münasibətlər qurur, biz tərəfdaşlarımıza, dost ölkələrə dəqiq bildiririk ki, münaqişənin nizamlanması ancaq Minsk Qrupu çərçivəsində mümkündür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam