Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakıda onlayn yolla narkotik satanlar saxlanıldı - FOTOLAR

Bakıda onlayn yolla narkotik satanlar saxlanıldı - FOTOLAR
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onlayn yolla narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib.
Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə Fərid cə Seymur adlı şəxslərin “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumat daxil olub. Həmin şəxslərin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakinləri Fərid Şamxalov və qohumu Seymur Şamxalov saxlanılıblar.



Onların üzərində şəxsi axtarış aparılan zaman 15 qram narkotik vasitə heroin, 25 qram psixotrop maddə olan metamfetamin, 56 ədəd dövriyyəsi və satışı qadağan olunan “Pregabalin”, 40 ədəd “Tropin”, 2 ədəd “Ekstazi” həb” və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.



Qeyd edək ki, narkotik vasitələr alan şəxslər pulu F.Şamxalov və S.Şamxalovun hesablarına müxtəlif ödəmə terminalları vasitəsi ilə onlayn yolla köçürüblər.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam