Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

VİLYAM HACIYEVİN OĞLU İŞDƏN QOVULDU - Baş prokuror əmr imzalayıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad olunub.

Yenixeber.org: Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə ötən gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad eduilən Vilyam Hacıyevi məhkəmə ilkin olaraq 4 aylıq həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunur. İstintaq yekunlaşandan sonra sabiq icra başçısına daha uzunmüddətli cəza kəsiləcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam