Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tələbələr təqaüdlərini ala bilmir

 

Bir sıra dövlət universitetlərində təhsil alan tələbələr təqaüdlərinin gecikdirilməsindən şikayətçidir. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə “Qafqazinfo”ya məlumat verən tələbələr qeyd edir ki, onlar yanvar ayının təqaüdünü hələ də ala bilməyiblər:“Artıq fevral ayının ortalarıdır. Biz hələ də təqaüd almamışıq. İndiyə kimi bu qədər gecikdirilmə olmamışdı. Tələbələr bildirir ki, bir çoxları məhz aldıqları təqaüdlə bir sıra problemlərini həll edir”. 

Məsələ ilə bağlı “Qafqazinfo” bir neçə universitetlə əlaqə saxlayaraq gecikdirilmənin səbəbini öyrənməyə çalışıb.

Tibb universitetinin nümayəndəsi bildirib ki, Təhsil Nazirliyi 2015- ci illə bağlı xərcləri köçürmədiyindən təqaüdlər gecikdirilir. Vəsait köçürülən kimi tələbələrin təqaüdü veriləcək. Aldığımız məlumata görə, bu günlərdə problem həll olunacaq. 

İqtisad universitetindən də eyni problemin olduğunu təsdiqləyiblər.

Sözügedən məsələ ilə bağlı “Qafqazinfo” Təhsil Nazirliyinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, cari ilin müvafiq dövrü üçün ali təhsil müəssisələri tələbələrinin təqaüdlərinin ödənilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təmin edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam