Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Ermənistan regional layihələrdə yer almayacaq”

 

“Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmaq istəmir”. 

"Xeberinfo.com":  APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflisdə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovdeyib:
Nazir qeyd edib ki, Ermənistan işğalçılıq siyasətinə son qoymayana qədər regional layihələrdə yer almayacaq: “ Ermənistan hakimiyyəti ilk növbədə qonşu ölkələrlə normal dildə danışmağı bacarmalıdır, işğalçılıq siyasətinə son qoymalıdır”.
Azərbaycanın XİN başçısı deyib ki, bu gün Gürcüstandan keçən layihələrin hamısı qlobal xarakter daşıyır: “Biz hər zaman bütün ölkələrlə, o cümlədən Cənubi Qafqaz ölkələri ilə normal əməkdaşlıq qurmaqda maraqlı olmuşuq. Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti bu yolla getmək istəmir. Mən inanıram ki, gec-tez bu məsələ həll olunacaq, Ermənistanda hakimiyyətə elə adamlar gələcək ki, onlar öz ölkəsinin maraqları naminə qonşularla normal əlaqələr quracaqlar, regional layihələrə qatılmaq üçün normal şərait yaradacaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam