Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Arif Yunusun həbs müddəti 5 ay uzadılıb

 

Bu gün Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanətdə ittiham olunan konfliktoloq Arif Yunusun həbs müddətini daha beş ay – 2015-ci il avqustun 5-dək uzadıb.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə Turan-a vəkil Əfqan Məmmədov bildirib. O, məhkəmənin qərarını əsassız hesab edir. Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir. O həmçinin qeyd edib ki, A.Yunus ifadə verməkdən imtina edir.
A.Yunus 2014-cü il avqustun 5-də, hüquq müdafiəçisi, həyat yoldaşı Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar. Lakin Leyla və Arif Yunuslar ittihamları rədd edərək onları uydurma və siyasi motivli hesab edirlər.
Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı onları “vicdan məhbusları” kimi tanıyıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam