Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yüz minlərlə rusiyalının pensiyası kəsilir

 

Rusiya hökuməti elan edib ki, işləyən və illik gəliri 1 milyon rublu keçəmn pensiyaçıların pensiyasının ödənilməsini dayandıracaq.

"Xeberinfo.com":  Məlumata görə, hökumət bu barədə hələ ötən ilin dekabrında xəbərdarlıq etmişdi, lakin hökumətin pensiya defoltuna gedəcəyinə heç kim inanmaq istəmirdi.

İndi isə lenta.ru-nun məqaləsində deyildiyi kimi hökumət bunu daha yüksək səviyyədə-baş nazir səviyyəsində rəsmən elan edib. Bu da müşahidəçilərdə və ekspertlərdə şok effekti yaradıb.

Məsələ burasındadır ki, söhbət indiki pensiya qanunvericiliyinə görə pensiya almalı olan 220 min işləyən pensiyaçıdan gedir. Faktiki olaraq hökumət öz öhdəliklərini yerinə yetirə bilməyəcəyini bildirir və defolt elan edir. Defolt-öhdəliklərin icrası müddətinin başlamasından sonra tərəflərdən birinin razılaşdırmadan ödəmə şərtlərini dəyişməsi, yaxud ödəmədən imtina etməsi deməkdir. Məsələn, Rusiya hökumətinin bu qərarı ona oxşayır ki, sığorta şirkəti hansısa müştəriyə kompensasiya ödəməkdən imtina edir, bunu həmin müştərinin onsuz da imkanlı olması ilə əsaslandırır.

Əmək naziri Maksim Topilin deyib ki, hökumət illik gəliri 1 milyon rubldan çox olan işləyən pensiyaçıların pensiyasının ödəniməsini 2016-2017-ci illər üçün dayandıracaq.

Ekspertlər deyirlər ki, indiki iqtisadi böhran və Rusiyanın gəlirlərinin kəskin azalması hökumətin pensiya defoltu elan etməsinin əsas səbəbidir. Hazırda Rusiyada pensiyaların 40 faizə qədəri dövlət büdcəsindən, qalanı isə sosial sığorta ödəmələrindən toplanan vəsaitdən ödənilir.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam