Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İsa Sadıqov: “Bu, gülünc versiyadır”

 

Tanınmış siyasətçi Boris Nemtsovun ölümündə Azərbaycan müdafiə nazirinin sabiq müavini olmuş polkovnik İsa Sadıqovun da adı hallandırılıb.

"Xeberinfo.com":  Məlumata görə, musavat.com-a açıqlama verən İsa Sadıqov bildirib ki, Rusiya qatili tapmaqda maraqlı olmadığı üçün gülünc versiyalar irəli sürür:

“Əgər belə bir şayiə yayılıbsa demək ki, Boris Nemtsovun qatilləri tapılmayacaq. Anna Politkovskayanin, Magnitskinin, Estemirovanin, Litvinenkonun, Boris Nemtsovun ölümündə ancaq və ancaq Putin rejimi maraqlı idi. Sirr deyil ki, Nemtsov müharibənin əleyhinə böyük mitinqlər, yürüşlər təşkil edirdi. Yaz-yay aylarında da böyük tədbirlərə təkan verməli idi və o, Rusiyanın müharibədə iştirakını sənədlərlə də sübut etməyə hazırlaşırdı.

Məlumdur ki, vəziyyət Rusiyada da dəyişir. Sanksiyalar, müharibə və s. problemlər Rusiyanı bürüyür, Putin rejiminin vəziyyəti ağırlaşır. Belə halda Nemtsovun ölümündə Ukrayna yox, Putin rejimi maraqlı görünür. O ki qaldı Ukrayna xüsusi xidmət orqanlarının bu qətli təşkil etməsinə, bu gülünc versiyadır.

Məlum olur ki, bu versiyanı ortaya atan ruslar qatili tapmaq fikrində deyillər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam