Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Qarabağ"ın futbolçusu -millidəki karyerasını başa vurdu

Qarabağın futbolçusu millidəki karyerasını başa vurdu

"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını bitirib. 

Yenixeber.org: 31 yaşlı cinah oyunçusu bu barədə şəxsi "Instagram" hesabında məlumat verib.

O, çox fikirləşdikdən sonra bu qərara gəldiyini bildirib.

Gerye gənc yaşlarında Haiti millisində çıxış etməyi arzuladığını xatırladıb: "Bu xəyalımı gerçəkləşdirdim və 55 dəfə komandanın formasını geyindiyim üçün qürur duyuram. Yaşadığım saysız-hesabsız anlar əbədi olaraq mənimlə qalacaq, səmimiyyətlə deyə bilərəm, karyeramın ən yaxşı matçlarını Haiti millisi üçün oynadım. Ölkəni təmsil etmək böyük imtiyazdır. Yığmanın hər matçında hər şeyi verdim. Geriya baxanda ömür boyu davam edəcək xatirələrim var, bunun üçün xoşbəxtəm. Azarkeşlərə də məni dəstəklədikləri üçün təşəkkür edirəm. Hər dəfə meydana çıxanda hamınızı qürurlandırmağa çalışdım". 

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu 2020/2021 mövsümünün əvvəlində Ağdam təmsilçisinə qayıdıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam