Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Şerif“i məğlub edən -“Qarabağ“ 1 milyon 370 min avro qazandı 

“Şerif“i məğlub edən “Qarabağ“ 1 milyon 370 min avro qazandı 

Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələn "Qarabağ"ın qazancı müəyyənləşib.

Yenixeber.org: Ağdam təmsilçisi III mərhələyə kimi irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanıb.

"Qarabağ" Çempionlar Liqasının pley-offuna yüksəlsə, büdcəsini daha 7 milyon avro zənginləşdirəcək.

ÇL-in qrupuna vəsiqə qazanan klubların büdcəsinə isə 15,25 milyon avro əlavə olunur. Avropa Liqasının qrup mərhələsinə yollanan klub isə 2,92 milyon avro mükafat alır.

"Qarabağ" III təsnifat mərhələsində bu komandalardan biri ilə üz-üzə gələcək: "Molde" (Norveç), "Midtyulland" (Danimarka), "Ferensvaroş" (Macarıstan), "Omoniya" (Kipr), "Dinamo" (Brest, Belarus).

Sportinfo.az yazır ki, III təsnifat mərhələsinin püşkü avqustun 31-də, pley-offun püşkü isə sentyabrın 1-də atılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam