Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Formula 1": -İlk dəfə Qran-pri azarkeşlərlə keçiriləcək

Formula 1: İlk dəfə Qran-pri azarkeşlərlə keçiriləcək

"Formula 1" üzrə dünya çempionatının 9-cu mərhələsi bu gün başlayır. 

Yenixeber.org: Toskana Qran-prisi İtaliyada "Ferrari" komandasına məxsus Mudcello trasında olacaq. 

"Ferrari" üçün bu mərhələ tarixdə 1000-ci olacaq. Yubiley yarışının evdə keçirilməsinə pandemiya səbəb olub, həmçinin cari mövsümün təqvimi yenidən hazırlanıb. 

Toskana Qran-prisi bu il azarkeşlərlə keçirilən ilk Qran-pri olacaq. Təşkilatçılar 3 gün davam edəcək yarışın hər günündə tribunalara 3 min azarkeş buraxmağı planlaşdırırlar. 

 "Ferrari" son yarışlarda elə də yaxşı nəticə göstərmir. Bu səbəbdən, fanatlar məmnun deyil. 

Toskana Qran-prisi Bakı vaxtı ilə saat 13:00-da sərbəst yürüşlə başlayacaq. Yarışa sentyabrın 13-də yekun vurulacaq. 

Qeyd edək ki, hazırda "Mersedes"in pilotu Lüis Hemilton 164 xalla liderliyini davam etdirir. Onun komanda yoldaşı Valtteri Bottas 117 xalla 2-ci, "Red Bull" pilotu Maks Ferstappen 110 xalla üçüncüdür. 

Konstruktorların yarışında "Mercedes" 281 xalla birinci, "Red Bull Racing Honda" 158 xalla ikinci, "McLaren Renault" 98 xalla 3-cü yerdə gedir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam