Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Çempionlar Liqası: -Həftənin oyunçusu adına namizədlər bəlli oldu

 

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Yenixeber.org: Bu ada Almaniya "Borussiya"sından (Münxenqladbax) Alassan Plea, İngiltərə "Liverpul"undan Dioqu Jota, Almaniyanın digər təmsilçisi Dortmund "Borussiya"sından Erlinq Holann və İspaniya "Sevilya"sından Yussef En-Neseri iddia edir.

Plea qrup mərhələsinin III turunda Ukrayna "Şaxtyor"una 6:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Jota isə eyni uğura İtaliyada "Atalanta" ilə matçda (0:5) imza atıb.

Holann Belçikada "Brügge"ni 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada dubl müəllifi olub. En-Neseri isə Rusiya "Krasnodar"ı ilə ev oyununda (3:2) 2 qol vurub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam