Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yeni transferi -"Zirə"yə çempionluq üçün gəlib

Yeni transferi Zirəyə çempionluq üçün gəlib

"Bura gəlişimə çox motivasiya olunmuşam. Komanda yaxşı heyətə malikdir və avrokuboka vəsiqə uğrunda mübarizə aparır".

Yenixeber.org: Bu fikirləri "Zirə"nin braziliyalı yeni transferi Filipe Paxtman ölkəsinin "Uol" nəşrinə açıqlamasında deyib.

21 yaşlı hücumçu Azərbaycan təmsilçisinə tez uyğunlaşacağını bildirib: "Artıq bir müddətdir ki, Braziliyadan kənardayam. Bu səbəbdən, komandaya tez uyğunlaşacağıma inanıram və bu nikbinliyim ölçüsüzdür".

Paxtman çempionluqla bağlı iddialı danışıb: "Bütün Avropa komandalarının arzusu Çempionlar Liqası və Avropa Liqasında oynamaqdır. "Zirə"nin çempion olmasına kömək etmək üçün buraya gəldim. Amma hazırkı mövqeyimizin də bizim üçün önəmli olduğunu deməliyəm".

Qeyd edək ki, Filipe Paxtman "Zirə" ilə 6 ay + 3 illik müqavilə imzalayıb. Komanda hazırda Azərbaycan Premyer Liqasında 23 xalla 3-cü pillədə qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam