Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Stadionlarda bilet dəllalığı edənlər 2-7 min manat cərimələnəcək"

 

Kütləvi idman yarışları zamanı saxta yolla baha qiymətə bilet satanlara qarşı cərimələr tətbiq ediləcək.

"Xeberinfo.com":  Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Rauf Əliyev "Trend"-ə bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, kütləvi idman yarışları zamanı saxta yolla baha qiymətə bilet satan vəzifəli şəxslər 2 min manatdan 5100 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər məbləğdə cərimə olunacaqlar.

R.Əliyev deyib ki, bəzən idman yarışlarında bilet qabaqcadan alınır, sonradan qara bazarda başqa qiymətə satılır. O bildirib ki, bu kimi neqativ halların qarşısının alınması üçün qanuna dəyişikliklər edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin Milli Məclisin Sosial siyasət komitəsinin aprelin 13-də keçiriləcək iclasında müzakirə edilməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam