Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

DÇ-2022 -Şahruddin Məhəmmədəliyev ən çox "seyv" edən iki qapıçıdan biridir

DÇ-2022: Şahruddin Məhəmmədəliyev ən çox seyv edən iki qapıçıdan biridir
UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin III turundan sonra statistik göstəriciləri açıqlayıb.

Yenixeber.org: Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ilk oyunlardan sonra ən çox qurtarış edən iki qapıçıdan biridir.

27 yaşlı qolkiper yığmanın Portuqaliyaya 0:1 hesabı ilə uduzduğu ilk matçda 14, Serbiyaya 1:2 hesabı ilə məğlub olduqları görüşdə 5 "seyv"lə yadda qalıb. San Marinodan Elia Benedettini də 19 qurtarış edib. Lakin o, Məhəmmədəliyevdən fərqli olaraq, bunu 3 görüşdə bacarıb. Cəbəllütariqin çərçivə qoruyucusu Deyl Kilinq isə 18 "seyv"lə üçüncü pillədə qərarlaşıb.

Üç turdan sonra bombardirlik yarışına Serbiya yığmasından Aleksandar Mitroviç başçılıq edir - 4 qol. Onun komanda yoldaşı Duşan Tadiç 4 məhsuldar ötürmə ilə liderdir.

İspaniya millisindən Erik Qarsiya 3 matçda 327 dəqiq ötürmə ilə yadda qalıb.

Danimarka seçməsi (14 qol) 3 oyundan sonra ən çox fərqlənən komandadır.

Qapılar qarşısında ən çox təhlükəli vəziyyəti Niderland yığması yaradıb. "Narıncılar" bunu 91 dəfə bacarıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam