Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Canni De Byazi -"Azərbaycan millisində irəliləyiş görürəm"

Canni De Byazi: Azərbaycan millisində irəliləyiş görürəm

"Azərbaycan millisi ilə bağlı əlavə nə isə deməyə ehtiyac görmürəm. Çünki açıq şəkildə bildirdim ki, bu ölkənin Albaniya yığmasının üzvləri kimi güclü çempionatlarda oynayan futbolçuları yoxdur. Şübhəsiz, bu, çox böyük önəm daşıyır".

Yenixeber.org: Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmanın DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiya ilə oyunlardakı çıxışını dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis çətin qrupa düşdüklərini bildirib: "Həqiqətən ağır qrupdur. Çünki Portuqaliya və Serbiya ilə oynamaq asan deyil. Digər tərəfdən, bəxtimiz gətirmədi. Portuqaliya ilə görüşdə öz qapımıza qol vurduq. Serbiya ilə matçda isə son dəqiqələrdə buraxdığımız qolla uduzduq. Amma mən komandada irəliləyiş görürəm. Bu, daim inkişafa can atan kollektivdir və gələcəyə inamımız var".

Qeyd edək ki, A qrupunda mübarizə aparan Azərbaycan millisi Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq görüşü də görüş də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:2.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam