Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bakı yenidən -gimnastika yarışlarını qəbul edir

Bakı yenidən gimnastika yarışlarını qəbul edir

Milli Gimnastika Arenası bir illik fasilədən sonra yenidən beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır.

Yenixeber.org: Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, qlobal COVID-19 pandemiyası səbəbindən təxirə salınmış və bu ilin may ayında keçirilməsi gözlənilən yarışların təşkilinə həmin tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə icazə verilib.

Sözügedən yarışlar Tokio-2020 Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan bədii gimnastika üzrə Dünya Kuboku (7-9 may), aerobika gimnastikası üzrə Yaş Qrupları Yarışları (21-23 may) və bu növ üzrə Dünya Çempionatıdır (27-29 may).

Sadalanan turnirlərin ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, qlobal COVID-19 pandemiyasına görə ölkəmizdə görülən təxirəsalınmaz və qabaqlayıcı tədbirlərlə əlaqədar 2020-ci ildə Bakıya həvalə olunmuş 8 beynəlxalq turnirdən yalnız ikisi baş tutub. Digər yarışlar ləğv edilib və ya təxirə salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam