Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Məmmədyarov - Aronyan:İlk oyun günündə hərəyə 2 qələbə

 Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici raundun ilk görüşlərinə start verilib.

Yenixeber.org: Məlumata görə, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) üz-üzə gəlir. İlk oyun günündə heç-heçə qeydə alınıb - 2:2. Görüşlərin yarısı Məmmədyarovun, yarısı isə Aronyanın qələbəsi ilə başa çatıb.

Qalib mayın 2-də keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.

Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gəlib. 4 görüşün yekununda dünya çempionu qalib gəlib - 3:1.

Çempionlar Turu: "New In Chess"

Final

21:00. Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 3:1 (0,5:0,5; 0,5:0,5; 1:0; 1:0)

3-cü yer uğrunda görüş

21:00. Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2:2 (0:1; 1:0; 0:1; 1:0)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam