Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan Premyer Liqası -10 futbolçu, 1 baş məşqçi və məşqçi cəzalıdır

Azərbaycan Premyer Liqası: 10 futbolçu, 1 baş məşqçi və məşqçi cəzalıdır

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda 10 futbolçu, 1 baş məşqçi və 1 məşqçi cəza səbəbindən iştirak etməyəcək.

Yenixeber.org: "Neftçi"nin baş məşqçisi Samir Abasov cəzalı olduğu üçün bu gün "Keşlə"yə qarşı səfər oyununu buraxacaq. Komandanın futbolçusu Sabir Buqrin də cəzalıdır. Meydan sahiblərindən Sezar Meza Kolli də sarı vərəqə limitini doldurduğu üçün oynamayacaq.

"Qəbələ"nin müdafiəçisi Rüfət Əhmədov bu gün "Səbail"lə oyunun iştirak ərizəsində yer almayacaq. 19 yaşlı oyunçu da 4 sarı vərəqəyə görə cəzalıdır.

Son ölkə çempionu "Qarabağ"da isə İsmayıl İbrahimli eyni səbəbdən "Zirə"yə qarşı ev matçını buraxacaq.

"Sabah" klubu ilə XXV turda 5 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Təmkin Xəlilzadə, Filip İvanoviç, Bəhlul Mustafazadə son oyunda qırmızı vərəqə aldıqları üçün, Ramil Şeydayev və Coşqun Diniyev isə sarı vərəqə limitini doldurduqlarından "Sumqayıt"a qarşı oynamayacaq. Paytaxt təmsilçisinin məşqçisi Miloş Yevtiç də son oyunda qırmızı vərəqə görüb.

"Sumqayıt"da isə Tellur Mütəllimov sarı vərəqə cazalısıdır.

Qeyd edək ki, bu gün "Keşlə" - "Neftçi" və "Səbail" - "Qəbələ" matçları keçiriləcək. Tura mayın 4-də "Qarabağ" - "Zirə və "Sumqayıt" - "Sabah" matçları ilə yekun vurulacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam