Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Güləşçilərimiz Olimpiya Oyunlarına hazırlaşır-AÇIQLAMA

 

Güləşçilərimiz Olimpiya Oyunlarına hazırlaşır
Sərbəst güləş üzrə millimiz Olimpiya Oyunlarına hazırlığı davam etdirir.
Yenixeber.org: Azərbaycan Güləş Federasiyası xəbər verir ki, yığmamız mayın 17-dən etibarən baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahaçqalada təlim-məşq toplanışı keçir.

Dağıstanda yerli güləşçilərlə birgə təşkil olunan hazırlıq prosesində Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) iştirak edirlər. Təlim-məşq toplanışı həm fiziki, həm də taktiki-texniki hazırlıq üzrə çalışmaları əhatə edir.

Komandamız iyunun 8-dən 13-dək Varşavada keçiriləcək "Poland Open" turnirinin startınadək Mahaçqalada məşqləri davam etdirəcək. Daha sonra isə reytinq turnirində iştirak etmək üçün Polşaya yollanacaq.

Qeyd edək ki, həmin yarışda ölkəmizi təmsil edəcək yunan-Roma və qadınlardan ibarət millilərimizin üzvləri də ölkə xaricindədir. Qadın güləşçilərimiz mayın 24-də Bolqarıstanda yerli komandayla birgə təlim-məşq toplanışına başlayıb. Klassik güləşin nümayəndələri sabahdan Macarıstanda hazırlıq prosesinə start verəcəklər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam