Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Olimpiya Stadionu helikopterlərlə qorunacaq

 

"Fövqəladə Hallar Nazirliyi idman obyektlərinin mühafizəsi ilə bağlı artıq gücləndirilmiş iş rejiminə keçib”.

"Xeberinfo.com":  Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı görülən işlərdən danışarkən deyib ki, yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi stadion hərtərəfli mühafizə olunacaq:

“FHN qüvvələrinin mayın 9-da Bakı Olimpiya Stadionunda keçirilən sınaq mərhələsində uğurla iştirak edib. Bizim canlı qüvvələrimiz və texnikamız da sınaq tədbirində iştirak etdi və qarşıya qoyulan məqsədə nail oldu".

E.Mirzəyev qeyd edib ki, FHN digər nazirliklərlə birgə qarşılıqlı əlaqənin qurulmasında və təkmilləşdirilməsində iştirak edir: “Yarışların açılış və bağlanış mərasimlərinin keçiriləcəyi idman obyekti həm havadan, həm qurudan, həm də sudan - Böyükşor gölü istiqamətindən mühafizə olunacaq. Nazirliyin 2 helikopteri də bu işə cəlb edilib və havadan nəzarəti həyata keçirəcək".

 

Dünyaxeber.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam