Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Qarabağ"ın rəqibində növbəti problem: -Berdıyev ulduz futbolçudan narazıdır

Qarabağın rəqibində növbəti problem: Berdıyev ulduz futbolçudan narazıdır

UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Qazaxıstan "Kayrat"ında növbəti problem üzə çıxıb.

Yenixeber.org: Komandanın baş məşqçisi Kurban Kerdıyev bir neçə futbolçunun çıxışından razı deyil. Bunlar Vaqner Lav, Aybol Abiken və Nuralı Alipdir.

İddiaya görə, rusiyalı mütəxəssis xüsusilə brazilialı hücumçudan narazıdır. Bu səbəbdən 37 yaşlı forvard "Kızıl Jara" 1:0 hesabı ilə qalib gəldikləri çempionat matçına ehtiyatdan başlayıb.

Hazırkı vəziyyət təcrübəli qolçunun komandadan ayrılacağı anlamına gəlməsə də, o, "Kayrat"da qalmaq üçün öz oyununu inkişaf etdirməlidir.

Qeyd edək ki, bu, İsveçrə "Bazel"i ilə Konfrans Liqasının qrup oyunu öncəsi "Kayrat"da yeganə problem deyil. Daha əvvəl komandanın iki üzvü - Andrey Ulşin və Arsen Burançiyevdə koronavirus aşkarlanıb.

"Kayrat" H qrupundakı ilk görüşündə evdə Kipr "Omoniya"sı ilə qolsuz heç-heçə edib. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın "Bazel"lə görüşü sentyabrın 30-da gerçəkləşəcək. Oktyabrın 21-də isə "Kayrat" Bakıda "Qarabağ"ın qonağı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam