Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“I Avropa Oyunlarının boykot çağırışı iflasa uğradı”

 

“Azərbaycan I Avropa Oyunlarının keçirilməsinə tam hazırdır”.

"Xeberinfo.com":   Məlumata görə, bunu Publika.az-a açıqlamasında Milli Məclisin üzvü Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bu mötəbər idman yarışı yüksək səviyyədə keçiriləcək: “Hər birimiz bu tədbirin möhtəşəm keçməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Oyunlar öncəsi bəzi təxribatçı qüvvələr, erməni lobbisinin sifarişi ilə hərəkət edən beynəlxalq təşkilatlar, onların buradakı emissarı olan müxalifətçilər var ki, onlar boykot çağırışı səsləndirdilər. Elə bildilər ki, bu cür mötəbər tədbirin qarşısını almağa çalışa bilərlər. Amma bu dəfə də biabırçı duruma düşdülər”. 

Deputat qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Avropa Oyunlarının Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə təşkil edib və böyük uğurlara imza atıb.

“Heç kəsin şübhəsi yoxdur ki, ölkəmiz bu sınaqdan da üzü ağ çıxacaq və idman tarixində ilkə imza atacaq, dünya Olimpiadasına bərabər möhtəşəm tədbir keçirəcək”, - deyə deputat vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam