Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Bakı-2015"-in məşəli Xırdalanda

 

Avropa Oyunlarının məşəli Xırdalan şəhərinə gətirilib. 

 

"Xeberinfo.com":   Məlumata görə, məşəl şəhərin girişində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən qarşılanıb. 

Kunq-fu idman növü üzrə dördqat dünya, ikiqat Avropa çempionu, əməkdar idman ustası Ramiz Yaqnəliyev birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.

Sonra 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar məşəli bir-birinə ötürərək Məhəmməd Əmin Rəsulzadə küçəsi, Heydər Əliyev prospekti, Zərifə Əliyeva və Qalubiyyə küçələrindən keçməklə 2,5 kilometr məsafə qət ediblər. Sonuncu məşəlçi, kunq-fu idman növü üzrə Avropa və dördqat dünya çempionu Rövşən Həşimov Heydər Əliyev parkında quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb.

Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam