Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Qarabağ" səfərdə "Sumqayıt"ı darmadağın edib-VİDEO

Qarabağ səfərdə Sumqayıtı darmadağın edib

         Futbol üzrə Azərbaycan Premyer Liqasında Zəfər turunun son oyunu keçirilib.

Yenixeber.org: Məlumata görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Qarabağ"ı qəbul edib. FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Hesabı 39-cu dəqiqədə Ramil Şeydayev açıb. O, qapıçı ilə təkbətəkdən yararlanmağı bacarıb. 45+3-cü dəqiqədə Musa Qurbanlı "Sumqayıt"ın qapısı qarşısına ötürmədən sonra son toxunuşu edərək, fərqi artırıb.

Fasilədən sonra "Qarabağ" daha 2 qol vurub. 51-ci dəqiqədə kapitan Maksim Medvedev Məsiyevin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Oyunda son nöqtəni isə Musa Qurbanlı 76-cı dəqiqədə qoyub. Baş məşqçi Qurban Qurbanovun oğlu özünün ikinci, komandasının dördüncü qolunu vurub.

Görüşün sonlarında "Qarabağ" azarkeşləri "Neftçi" və ötən mövsümün son turunda flaqmanla oyunu idarə etmiş və elə bu qarşılaşmanın da baş hakimi olan Elçin Məsiyevin əleyhinə şüarlar səsləndiriblər.

Bu qələbə sayəsində "Qarabağ" 10 oyundan sonra xallarını 23-ə çatdıraraq, liderliyini möhkəmlədib. Ağdam komandasının ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqi 5-ə bərabərdir. 11 xala malik "Sumqayıt" isə 5-ci pillədə yer alıb.

Xatırladaq ki, ümumilikdə 17 qolun vurulduğu turun əvvəlki oyunlarında "Keşlə" evdə "Neftçi"yə 3:2, "Qəbələ" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib. "Sabah" - "Zirə" matçında isə məhsuldar heç-heçə qeydə alınıb - 3:3.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam