Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Qarabağ" yeni ildə ilk məşqinə itkilərlə çıxıb-FOTOLAR

Qarabağ yeni ildə ilk məşqinə itkilərlə çıxıb

      "Qarabağ" mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb.

Yenixeber.org: Klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, 2022-ci ilin ilk məşqində komandanın bir neçə aparıcı futbolçusu iştirak etməyib.

Qapıçılar Şahruddin Məhəmmədəliyevlə Emil Balayev zədəli, legionerlər Kadi Borges, Abdullah Zubir və Filip Ozobiç icazəli olduqları üçün hazırlıq prosesinə qatılmayıblar. Əcnəbi oyunçular Bakıya bu gecə çatacaqlar.

Afrika Millətlər Kubokunun qrup mərhələsinin oyunları üçün Kabo-Verde yığmasının düşərgəsində olan Patrik Andradenin toplanışa qoşulması isə milli komandanın nəticələrindən asılı olacaq.

"Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə isə Bakıya sabah gələcək.

Qeyd edək ki, "Qarabağ" təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. "Köhlən atlar" 2 həftəlik hazırlıq dövründə 5 yoxlama matçı keçirəcək.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam