Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Boksun atası” dünyasını dəyişdi

 

 

     "xeberinfo.com": Ümumdünya Boks Şurasının (WBC) prezidenti Xose Süleyman 83 yaşında dünyasını dəyişib.Məlumata görə, oğlu Maurisio Süleyman atasının uzun sürən xəstəlikdən öldüyünü bildirib.

      X.Süleyman kardioloq müdaxilələri səbəbindən son aylarını xəstəxanada keçirib. WBC-dən verilən açıqlamada mərhum prezident “boksun atası” kimi dəyərləndirilib.

      Qeyd edək ki, Xose Süleyman 1931-ci ildə Meksikada əslən livanlıların ailəsində doğulub. O, 16 yaşından həvəskar boksla məşğul olmağa başlasa da, karyerası inzibati işlərdə daha uğurlu alınıb. X.Süleyman 1968-ci ildə WBC-yə daxil olub, bundan 8 il sonra isə qurumun əvəzsiz prezidenti seçilib. 6 dildə danışmağı bacaran prezident boksçuları zədələrdən qorumağa kömək edən bir sıra qaydalar fikirləşib. 2007-ci ildə onun adı Beynəlxalq Boks Şöhrəti Zalına salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam