Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Güləşçilərimiz iki medal qazandı

 

Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib

 

"Xeberinfo.com":   Turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıb.
Qızıl medalı yığmamıza 65 kq çəki dərəcəsində mübarizə aparan gənc güləşçimiz Coşqun Əzimov qazandırıb. Bütün rəqiblərindən üstün olan Coşqun həlledici görüşdə Rusiya təmsilçisi Əlibəyhacı Əmiyevə də qalib gəlib və turnirin qızıl medalına sahib olub. 
Bürünc medalı isə, yığmamıza Ağahüseyn Mustafayev (61 kq) qazandırıb. Həlledici görüşdə güləşçimiz Rusiya təmsilçisi Rüstəm Abdurəşidovdan üstün olub və fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. 
Ruslan Qasımov (57 kq), Məhəmmədhacı Muxutov (74 kq) və Qalib Əliyev (61 kq) bürünc medal görüşündə uduzaraq turniri 5-ci sırada tamamlayıb. 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib. (azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam