Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ASAPES-də beynəlxalq ekspertlə görüş keçirilib -FOTOLAR

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES), "İnkişaf naminə idman" İctimai Birliyi (İNİ) və tərəfdaş təşkilatların dəstəyi ilə birgə həyata keçirilən "Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili” layihəsi çərçivəsində Akademiyanın rektoru Fuad Hacıyev, Tədris və elmi işlər üzrə prorektor Təhminə Tağı-zadə və akademik heyət Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seinsböri ilə görüşüb.
Yenixeber.org: Görüş zamanı ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bədən tərbiyəsi və idman sahəsinə cəlb olunması və idman vasitəsilə cəmiyyətdə inklüzivliyin inkişafına dəstəyin artırılması mövzuları müzakirə edilib. Layihə çərçivəsində hazırlanan tədris modulunun Akademiyanın ümumi tədris kurikulumuna uğurla inteqrasiyası və tətbiqi üçün ehtiyac duyulan praktiki işlərin görülməsinin zəruriliyi vurğulanıb.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam