Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İdmançımız “qızıl” qazandı

 

Böyük Britaniyanın Norviç şəhərində Şərq idman döyüş növü olan budo üzrə dünya çempionatında astaralı idmançı Ramiq Rəhmanov uğurla çıxış edib.

 

"Xeberinfo.com":   Azərtac-a istinadən xəbərə görə, dünya çempionatında Azərbaycan Budo Federasiyanın prezidenti, onuncu dan qara kəmər sahibi Faiq Rəfiyevin rəhbərliyi ilə yığma komandanın tərkibinə daxil olan 10 idmançımız əzmlə yarışaraq 3 qızıl medal qazanıb.

Ramiq Rəhmanov 70 kiloqram çəki dərəcəsində full-kontakt döyüş sistemləri üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Həmyerlimizin şərəfinə Azərbaycan bayrağı ucaldılıb və Dövlət himni səsləndirilib.

Ramiq Rəhimov Norviç şəhərində, həmçinin qreplinq döyüş növü üzrə yarışlarda da qüvvəsini sınayıb. Daha çətin keçən bu döyüşlərdə həmyerlimiz rəqiblərinə qalib gələrək finaladək irəliləyib. O, final mərhələsində xal hesabı ilə rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam