Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

III Avropa Oyunları:Azərbaycan idmançıları bu gün üç növdə çıxış edəcəklər

Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

Yenixeber.org:  Yarışın beşinci günündə Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.

Atıcılıqda iki idmançı fərdi növdə, eyni zamanda, qadınlardan ibarət komanda qüvvəsini sınayacaq. Millinin üç boksçusu rinqə çıxacaqsa, taekvondoçu Cavad Ağayev medal qazanmağa çalışacaq.

Atıcılıq

11:00. Regina Meftəhəddinova, Nurlana Cəfərova (skit)
13:00. Nərimə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)

Taekvondo
13:36. Kişilər: Cavad Ağayev (68 kq)

Boks

Qadınlar

20:15. 54 kq, 1/16 final
Zeynəb Rəhimova – Lenuta Periyoç (Rumıniya)

Kişilər

20:45. 80 kq, 1/16 final
Murad Allahverdiyev – Kevin Şumann (Almaniya)

22:15. 92 kq, 1/16 final
Alfonso Dominqes (92 kq) – Yan Zak (İsrail)

Qeyd edək ki, Azərbaycan komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. III Avropa Oyunları iyulun 2-də başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam