Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ağırlıqqaldıranlarımız Avropa birinciliyində iştirak edəcəklər-FOTO

Ağırlıqqaldırma üzrə Azərbaycan yığması Moldovanın paytaxtı Kişineuda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında keçiriləcək Avropa birinciliyində iştirak edəcək.

Yenixeber.org: Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) verilən məlumata görə, yarışda 15 yaşlı qızlardan Nuray Əbilova (40 kq), Aytən Əliyeva (59 kq) və Arzu Qədimova (76 kq), oğlanlardan Murad Həsənli (49 kq), Yunis Bayramov (67 kq), İsa Əliyev (73 kq), Hüseyn Heydərov (81 kq) və Muhammədəli Məmmədzadə (96 kq) qüvvəsini sınayacaq.

17 yaşlı oğlanların mübarizəsində isə Amin Osmanov (55 kq), Turan Əliyev (67 kq) və Ravin Alməmmədov (73 kq) medal qazanmağa çalışacaq.

Qeyd edək ki, 1-10 iyulda təşkil olunacaq Avropa birinciliyinə 40-a yaxın ölkədən 416 atlet (196 qız və 220 oğlan) qatılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam