Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Atletimiz Avropada 3 qızıl medal qazandı

Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir. 

Yenixeber.org:  Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. 

Bu dəfə körpücük üzərinə Ravin Alməmmədov çıxıb. O, yaşı 17-yə qədər olan oğlanlar arasında 73 kq çəki dərəcəsində mübarizə aparıb. 

“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə qızıl medal qazanıb. 

Ravin təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 162 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də qızıl medala sahib çıxıb. 

Toplam 299 kq (137+162) nəticə göstərən Alməmmədov yekun sıralamada da qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam