Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ASAPES-in müəllimi Avropa çempionatında hakimlik edəcək-FOTO

 
Voleybol üzrə beynəlxalq dərəcəli hakimimiz, ASAPES-in əməkdaşı Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb. Ədalət təmsilçimiz Serbiya və Macarıstanda 17 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsində hakimlik edəcək.
Yenixeber.org: 11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. I qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, II qrupun oyunları isə Macarıstanın Bekeçsaba şəhərində keçiriləcək. CEV-in təyinatına əsasən, həmyerlimiz Zaur Hacıyev II qrupun oyunlarına təyinat alıb. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yığmaları yer alır. I qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland komandaları yarışacaq.
Avropa birinciliyində yarımfinallar iyulun 22-də keçiriləcək. Çempionun adına isə iyulun 23-də aydınlıq gələcək.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam